DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Moderator.az-a daxil olan məlumata görə, DSMF sədri Elman Mehdiyev Gəncədə vətəndaşları qəbul edib.
“Açıq
qapı”x9d şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə
olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib
Vətəndaşların
qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin
edilməsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq,
bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib.
Ayrı-ayrı bölgə sakinlərinin yerlərdə qəbul edilməsi, onların
müraciətlərinə baxılaraq, dərhal konkret qərarların qəbul olunması ictimaiyyət
tərəfindən böyük razılıq hissi ilə qarşılanır.
Dövlət
Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 24-də Gəncədə bu şəhərin,
həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi
dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul
keçirib. “Açıq qapı”x9d şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula
yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Vətəndaşların
rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən
yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda
iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının
qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri
təmin olunub.
Müraciətlər
əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial
sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən
hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta
stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər
məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial
sığorta haqları ilə bağlı olub. Fondun məsul əməkdaşlarının, Gəncə şəhəri
Nizami və Kəpəz rayon, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon şöbə
müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan cox vətəndaşın
müraciətlərinə baxılıb.
Qəbul
zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb və Elman Mehdiyev
qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə,
həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə
edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm
də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq
orqanlara ünvanlanacağını söyləyib.
Qəbulda
iştirak edən vətəndaşlar son illər əmək pensiyaçılarının sosial müdafiəsi
istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə
Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.


































































































