Bir neçə gündən sonra qanlı 20 yanvar hadisələrinin 25 ili tamam olur.
Keçmiş döyüşçü Vaqif Əlisoy Moderator.az-da həmin qırğınla bağlı rayonda baş verənlərdən danışır:
Əvvəli burada---moderator.az/?xeber=66750
BAKI VƏ SƏDƏRƏKDƏN DƏHŞƏTLİ XƏBƏRLƏR
Yanvarın 19-da əsas işimiz ermənilərlə sərhəd kəndlərdə və İranla sərhəd məntəqələrində vəziyyətlə maraqlanmaq oldu. Ermənilərlə sərhəddə ara-sıra atışmalar olsa da, ruslar tərəfdən heç bir hərəkət yox idi. Belə sakitlik heç də yaxşi bir şey vəd etmirdi. Bu narahatliığı AXC mərkəzi qərargahından verilən telefonoqramma daha da artırdı. Məlumat verildi ki, axşam saat 8-də AXC-nin xalqa müraciəti olacaq. Dərhal yerli radio ilə əhalini məlumatlandırdıq. Sərhədlərə diqqəti daha da artırdıq. Həmin vaxt Qarabağda Şuşa televiziyası da fəaliyyət göstərirdi. Əhali buradan Qarabağ bölgəsində bas verən hadisələr barədə obyektiv məlumat alırdı. Kanala qeyrətli jurnalist, məhrum Vidadi Bağırov rəhbərlik edirdi (onunla sonra Novoçerkassk həbsxanasında görüşdük) Az bir vaxtda Qarabağ camaatının hörmətini qazanmışdı. Evlərdə televizor olduğu halda əhali XC-nın RİK-nin binasında yerləşən qərargahı qarşısındakı Azadlıq meydanına toplaşırdı.
Hər yerdə olduğu kimi, bizdə də cəbhə rayon camaatının ümid yeri idi. Əhalinin coxluğunu nəzərə alıb televizoru meydandakı tribunaya qoyduq. Saat 19-da butun kanallarda veriliş dayandırıldı. Hamı narahat oldu. Dərhal teleqüllə ilə əlaqə saxladıq. Növbətçi Fazil (Hüseyn müəllimin öğlu) bildirdi ki, Şüşadan siqnal yoxdur. Bakıdan verilişlər Şuşa vasitəsilə verilirdi. Əlavə etdi ki, Şuşa ilə birbaşa telefon əlaqəsi də yoxdur. Çalışacaqlar ki, əlaqə yaratsınlar, hec olmasa Şuşa televiziyasının siqnallarını bərpa etsinlər. Rabitə söbəsinin müdiri rəhmətlik Mamed kişi xəbər verdi ki, Bakı və ətraf rayonlarla da əlaqə kəsilib. Narahatlığın pik nöqtəsi idi. Evlərdən, rayon mərkəzinə yaxın kəndlərdən narahat insanlar axın-axın meydana axışırdı. Artıq gecədən xeyli keçmişdi. Xəbər verdilər ki, teleqüllənin rəisi Akif (Allah rəhmət eləsin) telefonda gözləyir, özü də çox həyəcanlıdır. Telefonu göturüb Akıfin səsini eşidirəm:
- Əlisoy, dəhsətdir, dəhşət. Bakıda qan su yerinə axır. Şuşadan Vidadi 5 dəqiqə sonra efirdə olacaq. Dediyinə görə, ruslar Şuşa teleqülləsinə hücuma hazırlaşır. Şuşa camaatı onların qarşısını alır ki, Vidadi efirə çıxa bilsin. Nə deyirsən, siqnalı qəbul edək?
- Akif, dərhal siqnalı qəbul edin, ”“ deyib izdihamın qarşısına çıxıram. Minlərlə adamın nəzərləri məndıdir. Sakitcə televizorun düyməsini basıram. Vidadi həyəcanla, tələsik danisir:
- Əzızlərim, vaxt yoxdur. Ruslar teleqüllənin həyətindədir. Efiri dayandırmaq istəyirlər. Artiq qapını sındırmağa çalışırlar. Bir qədər əvvəl sovet ordusu Bakıya dörd istiqamətdən hücum edib. Şəhərdə qan su yerinə axır. Televiziyanın enerji bloku partladılıb. Ölənlərin sayı yüzlərlədir. Artıq ruslar qapını sındırıb içəri daxil olmağa calışır. Budur, qapını sındırdılar. Efiri dayandırıram. Ehtiyatlı olun.
Yasasın, Azərbaycan! ”“ Vidadi bunu deyib qurtaran kimi ekranda veriliş dayandı”¦
İndi meydandakı vəziyyəti gözlərinizin qarşısına gətirin. Sözlə ifadə etmək çətindir. Birdən kimsə Azadlıq radiosunu dinləməyi məsləhət gördu. Hardansa “VEF”x9dradiosu gətirdilər. Gitaraçi Fərəməz də mikrafon və səsgücləndirici gətirdi (evləri bir addımlıqda idi) Mirzə Xəzər (Allah ona ömur versin, xidməti əvəzsizdir ”“ V.Ə.) ağlaya-ağlaya Bakı dəhşətindən danışırdı. Rəhmətlik Elmira xanım və Mehdi Mehdiyev də danışdı. Ustad Bəxtiyar Vahabzadənin ürək dağlayan çıxışı və müraciəti meydanı lərzəyə gətirdi. Ay Allah, mənim bu millətim nəyə qadirmiş. Hamının Bakıda qohumları və yaxınları yaşadığından camaat cox narahat idi. Gənclər “qana qan”x9d deyirdi. Ancaq meydanda olan ağsaqqallar onları sakitləşdirdi və bildirdilər ki, bundan ermənilər istifadə edib kəndlərə hücum edə bilər. Hamı da bununla razılaşdı.
Minlərlə adam səhəri meydanda qarşıladı. Meydandakı adamları ətraf evlərin sakinləri lazım olan hər şeylə təmin edirdi. Mahmudlu stansiyasının rəisi rəhmətlik Səfər kisi mənə zəng vuraraq, onun yanına getməyimi xahiş etdi. Bildirdi ki, Naxçıvan cəbhəçiləri dəmiryol rabitəsi ilə təcili mənimlə danışmaq istəyirlər. Dərhal Mahmudluya getdim. Səhv etmirəmsə Azəflə danışdım. Bakıda baş verənlər barədə ətraflı məlumat almaq istədi. Onlar “Azadlıq”x9d radiosu vasitəsilə xəbər tutmuşdular. Bildirdi ki, bu gecə Sədərəyə hücum olub, olən və yaralananlar var. Məlumatı yaymağımı xahiş etdi. (Burada bir məsələni qeyd etməliyəm ki, qeyrətli Naxçıvan camaatının və Naxçıvanın qorunmasında ilk növbədə cəbhəçilərin rolu əvəzsizdir. Çox təəssuf ki, naxçıvanlılar onların qədrini bilmədilər. Adlarını da bir-bir saya bilərəm. Sahmərdan başda olmaqla Allah hamısına rəhmət eləsin, hazırda haqq yolunda olanlara can sağlığı versin).
Mən Mahmudludan rayon mərkəzinə qayıtdım. Meydanda iynə atsaydın yerə düşməzdi. Ziyalılar, ağsaqqallar, gənclər çıxış edib hadisəyə qəzəb və nifrətini bildirir, ana-bacılar, qız-gəlinlər bir kənarda ağlaşır, ağı deyirdilər. Mikrafonu alıb Bakı və Sədərək hadisələri haqqında danışdım. Xəbər gəldi ki, gənclər Leninin yay klubunun qarşısındakı heykəlini dağıdıblar. Mən rəisin xahişi ilə uşaqlara tapşırdım ki, uçurulmuş heykəli rayon mərkəzindən uzaqlaşdırsınlar”¦
CƏBRAYILIN İŞÄžALI. KÜTLƏVİ HƏBSLƏR
Dəyərli oxucular məni bağışlasınlar. Heykəllə bağlı sonralar bas vermiş bir əhvalatı danışmaq istəyirəm.
1992-ci ilin sentyabrında Azərbaycanın məşhur simaları (onların arasında görkəmli alimlər, yazıçı və şairlər, müğənnilər, aktyorlar var idi) Cəbrayılla və buradaki real vəziyyətlə tanış olmaq üçün rayona gəlmişdilər. Səbrayıllıların öz gücləri ilə rayonu necə mudafiə etmələri, azad edilmiş 14 erməni kəndini öz qüvvələri ilə qorumaları, 13 yaşli Tiqana ilə tanışlıq (Sonralar səhıd oldu. Allah rəhmət eləsin) qonaqları çox heyrətləndirmişdi. Deməyə soz tapmırdılar. Deməli, qonaqların şərəfinə “Çayarası”x9d deyilən yerdə salınmış parkda ”“ “Məhəmmədəlinin kababxanasında”x9d ziyafət verdik. Etika xatirinə onların adlarını cəkmirəm, sağ olan və rəhmətə gedən var. Ürəkləri açılan qonaqlar yaxşıca yeyib içirdilər. Məşhur şairlərimizdən biri söz alıb dedi:
- Hamıdan üzr istəyirəm. Burada gördüklərim, o balaca Tiqana ilə tanışlıq mənə ləzzət etdi. Mən şəxsən cəbrayıllılara minnətdarlıq edirəm. Doğrudan da deyilmişkən varsınız. Ona görə də yaxşı yeyib içmək istəyirəm. Ancaq bizim stolun yeri yaxşı deyil. Bəlkə onun yerini dəyişək, bir az rahat olsun.
Uşaqlardan xahiş etdim ki, stolun ayağını düzəltsinlər. Bu zaman qəribə mənzərə yarandı. Bel bərk bir şeyə toxundu. Həmin stolda oturan məşhur aktyor: “Deyəsən, xəzinə tapmısıq, nə çıxsa, bizim stolundur”x9d, ”“ deyə zarafat etdi. Nəzərlər həmin yerə dikildi. Uşaqlar torpağı təmizləyərkən qəribə bir mənzərə ilə rastlaşdıq. Bu, 1990-cı il 20 yanvarda yıxılmış, torpağa basdırılmış həmin Leninin heykəli idi. Məclisə sukut çökdu. Mən o vaxtkı hadisəni onlara danışdım. Başı dumanlanmış bu məşhurlar sanki ayılmşdı. Sükutu həmin məşhur şair pozdu. Aradan 21 il keçsə də onun sözlərini bu gun xatırlayıram:
“Burada Azərbaycanın çox məşhur simaları oturub. Hamınız bu kiçik bölgəmizin mərd insanları ilə tanış oldunuz. Yıxılmış, xalq tərəfindən torpağa basdırılmış bu heykəli də gördünüz. Nəticə çıxarmaq lazımdır. Neçə illər bu milləti yalançı, boş ideyaların əsiri etdik. Stalinlərin, kirovların, leninlərin heykəllərini ucaltdıq, şənlərinə seirlər, mahnılar qoşduq. Sonda xalq bu heykəlləri torpaga basdırır. Heykəllər ürəklərdə olmalıdır”x9d.
Dəyərli oxucular, sonralar bu məşhurların məddah dolu yazı və çıxışlarını gordukdə heç də təəccüblənmədim. Budur gerçək Azərbaycan ziyalısının siması. Bu, bir gerçəklikdir. İndi kecək əsas mətləbə.
20 yanvar 1993-cü il. Cəbrayıl. Azadlıq meydanı. Saat 14:00. Mitinq davam edir. Mitinqi mən aparıram. Cəbrayılın gözəl müəllimlərindən, riyaziyyatçı Murtuza Mustafayev soz istəyib, asta addımlarla tribunaya qalxdı. Bir qədər duruxdu. Sonra da hönkürtü ilə ağladi. Bir az sakitləşib cibindən qırmızı rəngli partiya biletini başı üzərinə qaldırıb dedi:
- Əzizlərim, hamınız məni tanıyırsınız. Siz bu biletin rənginə baxın, qırmızıdır, Bakıda balalarımızın qanı rəngdədır. Belə bir bileti gəzdirə bilmərəm. Mən Qorbaçova və onun partiyasına nifrət edirəm.
Murtuza müəllim: ”“ Artıq bu bilet mənə lazım deyil, ”“ deyib onu meydana, camaatın ayaqları altına atdı.
Minlərlə partiya bileti meydana atıldı. Mitınqdə tələb edildi ki, birinci katib Əli Rzayev başda olmaqla bütün vəzifəli adamlar biletlərini təhvil versinlər.Tələb yerinə yetirildi. İkinci tələb rayon partiya komitəsinin buraxılması oldu”¦
Emosiyaya qapılmaq olmazdı. Mitinq iştirakçıları tələb edirdi ki, partiya komitəsi buraxılsın və partiya biletləri Bakıya göndərilsin. Axırda qərara alındı ki, ilk partiya təşkilatları bu məsələni muzakirə etsin, özləri qərar versin, biletlər XC-nin qərargahında saxlanılsın. Ancaq RPK-nın buraxılması rayonu iflic edər, idarə və müəssisələrin işini poza və rayonun mudafiəsinə mənfi təsir göstərə bilərdi. Buna görə də ağsaqqalların dəyərli məsləhətləri ilə rayon partiya komitəsinin fəalliyyət göstərməsi qərara alındı.
Demək olardı ki, hər gün Bakıdan, Lənkərandan, Cəlilabaddan, Naxçıvandan həyəcanlı xəbərlər gəlirdi. AXC üzvlərinin kütləvi həbsləri başlanmış, təşkilat gizli fəaliyyətə keçmişdi. Televiziyanın işi bərpa edilmişdi. Bakı və Moskva həqiqəti gizlədir, azadlıq uğrunda mübarizə aparanları ekstremist, narkoman adlandırırdı. Silahları göstərir, onların cəbhəçilərə aid olduğu və muqavimət göstərikləri qeyd edilirdi.
Yanvarın 22-də Azərbaycan xalqı oz qəhrəman şəhidlərini Dağüstü parkda təntənəli surətdə dəfn etdi. Dünya belə bir izdiham, belə möhtəşəm birlik görməmişdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Yanvar ayının 25-də KQB-nin yerli şobəsinin sədri Xaqani müəllimlə sohbətimiz oldu (millətinə sədaqətlə xidmət edən belə oğullara eşq olsun, onu həmişə hormətlə xatırlayıram). Respublikada və rayonda, sərhəd kəndlərimizdəki vəziyyəti müzakirə etdik. Onu qeyd edim ki, həmin günlərdə rayonun müdafiəsi bir an belə unudulmamışdı. Buna gorə indi də bütün cəbrayıllılar qarşında bas əyirəm. Ayrılarkən Xaqani müəllim dedi:
- Səninlə idarədə deyil, bu çöllükdə görüşməyimin səbəbini yəqin bilirsən (görüş rayonun yuxarısındakı parkda idi ”“ V.Ə.). Mən paqon daşisam da, bu millətin oğluyam. Neçə illərdir ki, sizin fəaliyyətinizi izləyirəm. Hamınıza minnətdaram. Rayonun müdafiəsində rolunuz əvəzsizdir. Bakıdan gələn KQB müstəntiqləri məndən sizin haqqınızda məlumat istəyir, ancaq bir Allah şahiddir ki, barənizdə yalnız müsbət fikir söyləmişəm. Bilirəm ki, az da olsa, əlinizdə silah var, bunlar da rayonun müdafiəsi üçündür. Amma məsləhət görərdım ki, qərargahda silah saxlamayın. Hər şey ola bilər, ehtıyatli olun.
Ona inanmamağa haqqım yox idi. Paqon daşısa da gözəl ziyalı idi. Bizə çox köməyi dəymişdi. Sonralar cəbhəçilərə rəğbətinə görə işdən azad olunsa da, Azərbaycan müstəqillik qazanandan sonra işinə bərpa edildi. İndi təqaüddədir. Bir dəfə ğörüşə bildik. Ötən günləri, Cəbrayılı xatırladıq. Çox heyf ki, orqanlarda belə oğullar azdır.
Yanvarın 27-də rayon ağsaqqallarından Hüsü dayı, Zəkəriyyə dayı, Osman müəllim (Allah el-obamızın bütün ağsaqqallarına, Yəhya Çələbi başda olmaqla hamısına rəhmət eləsin. Onların hamısı köçkünlükdən sonra rəhmətə getdi. QARABAGDA qan bağlayan bir ağsaqqalımız qalmadı. Bizi arxasız, köməksiz qoydular. El-oba həsrətinə dözmədilər.1993-cü ildən sonra saysız-hesabsız qarabağlı dünyasını dəyişdi) qayğılı idi. Sözlü adama oxşayırdılar. Sükutu Osman müəllim pözdu:
- Bılirsiniz ki, MK-nın plenumu olacaq, yeni rəhbər seçiləcək. Bızim katib də iştirak etməlidir. Bizi də o göndərib. Plenum üzvüdür. Biletin və mandatın verin getsin. Özü də daha burda işləmək istəmir. Qayıtmayacaq. Siz bizim sözümüzü yerə salmazsınız. Biz də sizdən razıyıq.
İH-nin üzvü Eldar Əliyev dedi:
- Biz həmişə sizə hörmətlə yanaşmışıq. Əgər onun biletini qaytarsaq, camaat bizi daş-qalaq edər. Prokurorun Samil Bağırova və Rzayevə münasibətinin necə olduğunu özünüz bilirsiniz. Onlar bir-birinə acığını camaatdan çıxdılar. Nə qədər adamdan pul aldılar, tutdurmaq istədilər. Bir şərtimiz var, rayona qayıtmayacaq. Biz camaata belə də deyəcəyik.
Ağsaqqallarla görüşdən sonra Rzayevin biletini qaytarmaq üçün evinə getmək lazım idi. Məsləhət oldu ki, mən gedim və şərtlərimizi deyim. Amma elə etmək lazım idi ki, məni heç kəs görməsin, çünki camaatın bizə inamı böyük idi. Köhnə 8-illik məktəbin (Rayon mərkəzində yaşayanlar yaxşı tanıyır) həyətindəki qoz ağacına çıxıb həyətə düşdüm. Sürücüsü İsrafil çamadanları maşına yığırdı. Məni görüb dedi ki, indi aşağı düşəcək, xahiş edirəm ki, artıq heç nə demə. Rzayev gəldi və qərarımızı ona bildirdim. Birdən dedi:
- Mənə qarşı düz hərəkət etmədiniz. Mən burda Kamal Ağayev kimi katib olmadım, namusla işlədim. Gedirəm, qayıtmaq fikrim də yoxdur. Peşman olacaqsınız.
Mən onun nə demək istədiyini gözəl anlayırdım. Yəqin Ağayevi də tanıtmağa ehtiyac yoxdur. Dedim:
- Yol üstündəsiniz. Ağzınızın da danışığını bilin. Bütün Azərbaycan cəbrayıllılara bələddir. Bu bizim son görüşümüzdür.
Qərargaha qayıtdım. Uşaqlara məlumat verdim. Bakıdan, AXC-dən gizli fəalliyyətə keçmək haqda təlimat gəlmişdi. Məsləhət oldu ki, iki gündən sonra İH tam tərkibdə (15 nəfər) bunu müzakirə etsin.
Ayın 29-da RİK-nin sədri rəhmətlik A.Fərzəliyev xəbər verdi ki, Rzayev qayıdıb və hazırda kabinetindədir.
Eldar və Oktayla birlikdə onun yanına getdik, kabinetinə daxil olduq. Bizi qəbul etmək istəmirdi. Əvvəllər qabağımıza qaçardı. İndi isə sanki bizi tanımırdı. Başını qaldırmadan dedi:
- Mən dedim ki, sızi qəbul etmək istəmirəm. İcazəsiz daxil olmaqla nə demək istəyirsiniz?
Mən cavab verdim:
- Biz ağsaqqalların xahişini nəzərə aldıq. Kişi kimi onlara və mənə İsrafilin yanında söz verdiniz ki, qayıtmayacaqsınız. Camaatın sizə munasibətini də bilirsiniz. Qarşıdurma yaratmaqda məqsədiniz nədir?
Acıqlı-acıqlı dedi:
- Məni bu vəzifəyə siz təyin etmisiniz ki, mən də usaq-muşağın sözu ilə oturub durum? Sozünüz yoxdursa, gedə bilərsiniz.
Bu dəfə Eldar cavab verdi:
- Şəkinin birinci katibi Hadı Rəcəbovu (indi millət vəkilidir), səkililərin necə yola saldığını yəqin eşitmisiniz. Biz sızi daha hörmətlə yola salacağıq.
Onunla söhbət etməyin mənası yox idi. Qərargahda İH-nin iclası olduğundan ora qayıtdıq. İclasda AXC-nin gizli fəaliyyəti haqda təlimatı, rayondakı vəziyyət və Rzayevlə görüşün nəticəsi müzakirə edildi. Rzayevin bizimlə danısığı şübhə yaratmışdı. Qərara aldıq ki, təlimata uyğun olaraq təhlukə yarandığı halda, İH və fəal cəbhəçilər dərhal gizli fəaliyyətə keçsinlər. Əlarələri necə quracağımızı müəyyənləşdirdik. Bütün məxfi sənədlər gizlədildi.
Yanvar ayının 31-də xəbər tutduq ki, RPK-nın büro iclası olacaq. Bakıdan MK-dan numayəndə də gəlib. Büro saat 14-ə təyin olunub. Bizim üüün çox maraqlı idi. Həm də İH-nin üzvlərindən bir neçə nəfər uzun müddət ərizə ilə müraciət etsə də, onları hələ də partiya sıralarında saxlayırdılar. Həm də sonralar biz mitinqdə partiya biletlərindən imtina edənlərə bildirmişdik ki, əgər belə fikirləri varsa, ilk təşkilatlarına muraciət etsinlər. Buna görə kommunistlərin mövqeyi bizim üçün maraqli idi.
31 yanvar 1990-cı il. Saat 14:00. Büro iclası başlayıb. Biz qapının ağzında dayanmışıq. 15 dəqiqə keçməmişdi ki, bir ZTR (BTR) və üstündə də 20-yə yaxın təpədən dırnağadək silahlanmış xüsusi təyinatlı əsgərlər binanı və ətraf ərazini tam mühasirəyə aldı. Polkovnik rütbəli bir zabit büroya daxil olub, iclası dayandırdı. Rzayevlə söhbət etdikdən sonra əllərindəki siyahıdan İsmayıl İmanzadənin kim olduğunu soruşdular. Bizim İH-nin üzvü olan İsmayıl əsl ziyalı və şair idi. Daha sonra ruslar onu, polis rəisi Rəşid Məmmədovu və müavini Vaqif Hüseynovu qabaqlarına qatıb rayon mərkəzinə tərəf getdilər”¦
Çaylaqla( cəbrayıllılar bilir) Davud dayının dükanının yanından RİK-nin binasındakı qərargaha getmək istəyirdik. Binanın qarşısındakı meydana minlərlə insan toplaşmışdı. Bütün inzibati binalar nəzarətə göturülmüş, polis binası tutulmuş, polislər tərk-silah edilmişdi. Polisə gətirilmiş rəis Rəşid Məmmədov onlara kəskin etirazını bildirdikdə, onu təhqir etməkdən çəkinməmişdilər. Rayonun giriş və çıxışı ruslar tərəfindən nəzarətə götürülmüşdü. Binanın içərisində isə səs-küy, qışqırtı səsləri eşidilirdi. Bunu görən əhali onları faşist adlandırır, ruslar əleyhinə şüarlar səsləndirir, dərhal rayon mərkəzini tərk etmələrini tələb edirdi.
Vəziyyət gərgin idi. Dərhal əhali arasında təbliğat aparıb onlara Bakıda, Lənkəranda, Cəlilabaddakı hadisələri xatırladıb sakitləşməyi xahiş etdik. Bizi görənlər: ”“ Siz burda nə gəzirsiniz, əllərində siyahı var, bayaqdan tələb edirlər ki, təslim olasınız, çıxın gedin, ”“ dedilər.
Sonralar marşal Dmitri Yazov yazırdı: “Qarşıdakı seçkilərdə AXC-nin qələbəsi şəksizdir. Bundan sonra SSRİ-dən ayrılmaq an məsələsidir. Bura gəlməkdə məqsədimiz AXC strukturlarını dağitmaqdır”x9d.
Binadan isə səs kəsilmək bilmirdi. Sonralar İH-nin üzvü, Osman müəllimin oğlu Oktay Vəliyev bina və rayon mərkəzinə hücum haqda danışmışdı.
OQTAYIN DEDİKLƏRİ
Siz büroya gedəndən sonra axşam sərhəd kəndlərində olduğumdan, növbətçi Xanış müəllimə şifahi məlumat verib evə getmək istəyirdim. Burda Xanış haqqında bir neçə kəlmə demək istəyirəm. Mən Xanışla orta məktəb illərindən tanışam. Böyük Mərcanlı kəndindəndir. (Cəbrayıl uğrunda şəhid olanların böyük əksəriyyəti Böyük Mərcanlıdandır. Şakir (deyilənə görə sağdır) başda olmaqla bütün Mərcanlı camaatının qarşısında bas əyirəm. Bilin ki, tək bu camaat erməninin cavabını həmişə layhqincə verib. Mərcanlılar dağa gedəndə Qafan, Gorus erməniləri qorxularından bilmirdilər ki, hansı deşiyə girsinlər. Xanış da bu yurdun ovladı idi. İdmanla məşgul olurdu. Məşhur Xudafərin mitinqlərinin təhlükəsızliyinə də Xanış rəhbərlik edirdi. Mənimlə birlikdə həbs edildi və sonrakı yazılarda onun haqqında danışacağam ”“ V.Ə.).
Xanışa məlumat verib (hər gun İH-nin bir üzvü qərargahda növbətçi olurdu. Həmin gün Xanışın növbəsi idi) çıxanda gözlərimə inanmadım. Təpədən dırnağadək silahlanmış xüsusi təyinatlılar zirehli maşınlarla bir göz qırpımında polisi və RİK-ni, Qalalını (cəbrayıllılar bilir) mühasirəyə aldı. Hələ mən belə əsgər görməmişdim. Məni avtomatın qabağında içəri apardılar. İldırım sürəti ilə bütın mərtəbələri zəbt etdilər. Binadakı bütün adamları, hətta qız- gəlinləri, hamilə qadınları yerə uzatdılar. Qapıları qırır, vəhşicəsinə hərəkət edirdilər. Etiraz edənləri isə vəhşıcəsinə döyürdülər. Bunu görən Mülki Müdafiə qərargahının rəisi Həsən Vəliyev əməliyyata rəhbərlik edən polkovnikə dedi:
- Mən sovet ordusunun polkovnikiyəm, bu da mənim vəsiqəm. Hərəkətləriniz sovet ordusuna yaraşmır. Bu hərəkətinizi dərhal dayandırmağı tələb edirəm.
Polkovnik Yelovski (onun haqda bir qədər sonra) əmr etdi ki, bunu aparın. Həsən dayını aparandan sonra polkovnik məndən kim olduğumu soruşdu. Cavab verdim. Əlindəki kağıza baxaraq: ”“ Vəliyev Oktay Osman oğlu sənsən? ”“ deyə soruşdu. Təsdiq etdim.Yanındakı polkovnikə dedi ki, üçü, yəni Xanış, Oktay və İsmayıl (şair) əlimizdədir, indi yerdə qalanlarını tapın.
CƏBRAYILDA FÖVQƏLADƏ VƏZİYYƏT
İndi keçək sonrakı hadisələrə. Camaat bizi meydandan çıxarmağa çalışırdı (Bu gün Azər kimi Cəbrayıl gənclərinin qarşısında bas əyirəm ”“ V.Ə) Bu zaman Xanışla Oktayı binadan qolubağlı çıxardılar. Polkovniklə bərabər içəridən rayon idman komitəsinin sədri, mənim də yaxın qohumum Hüseyn Abbasov (Ruhun məni bağışlasın, Sakir. Sən bu Vətən uğrunda şəhid oldun, oğlun Cavid Hüseynov futbolçu kımi milli komandanın şərəfini qoruyur. Amma bunları deməliyəm, çünki sən atana cavabdeh deyilsən. Bütün simalar açılmalıdır ki, üğrunda şəhid verdiyimiz Vətəndə kimin kim olduğu bilinsin ”“ V.Ə.) da çıxdı. Polkovnik 20 yanvar şəhidlərinin şərəfinə endirilmiş ay-ulduzlu, qara lent bağlanmış bayrağımızı çıxarıb yerinə SSRİ bayrağını taxanda qurban olduğum cəbrayıllıların reaksiyasını görəydiniz. Yelovski meydana müraciətlə dedi:
- 31 yanvar 1990 cı il saat 16:00-dan etibarən Cəbrayıl rayonu ərazisində fövqəladə vəziyyət elan olunur. Mən, polkovnik Yelovski bu rayonun komendantı təyin olunmuşam. İndi isə əsl kommunist, qocaman müəllim Hüseyn Abbasova söz verirəm.
Bu vaxt onlarla əsgərin müsayiəti ilə Oktayla Xanışı polisə apardılar. Camaat isə buna mane olmağa çalışırdı. Gərgin vəziyyət yaranmışdı. Hüseyn Abbasov Oktayla Xanışa işarə edərək dedi:
- Ay camaat, siz kimi müdafiə edirsiniz? Bunlar sovet hökumətinin düşmənləridir. Siz də onları dəstəkləyirsiniz. Bu adamlar sərhədi dağıtdılar, Bakıda camaatı qırğına verdilər. Onlar cəzalarını almalıdır.
Bu çıxışın minlərlə şahidi var. Bu bayrağı təhqir edənləri, mən və mənim kimi dostları rusun əli ilə Rusiyanın həbsxanalarında əzablara məruz qoyanları bağışlamayacağam. Alıkeyxalı kəndindən olan əqidə dostum Mamed müəllimin ruhu məni bağışlayarmı? Unutmasınlar ki, Moskvalı müstəntiq podpolkovnik Stepanov Azərbaycanı tərk edərkən adlarını bizə təqdim edib. Zamanı gəldikcə açıqlanacaq.
RZAYEVLƏ SON GÖRÜŞ
Ardı var...

































































































