Azərbaycan Teleradiosu - 100

Hazırda oxunan: Azərbaycan Teleradiosu - 100

646343

“Azərbaycan Radiosu bir əsrlik fəaliyyəti ilə bütöv teleradio məkanımızın formalaşmasında baza rolunu oynamaqla, milli jurnalistikamızın tarixində özünəməxsus yer tutmuş, xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının salnaməsinə əvəzsiz töhfələr vermişdi. O, yalnız informasiya vasitəsi kimi deyil, həm də milli yaddaşın qorunması, ana dilimizin, ədəbiyyatımızın, musiqimizin və mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna missiya yerinə yetirmiş, tarixin mühüm hadisələrinə şahidlik etmiş, xalqımızın sevincini, kədərini, mübarizəsini və qələbə əzmini özündə yaşatmışdır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının Azərbaycan Radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə ünvanladığı təbrikdə qeyd olunub.

“Mürəkkəb tarixi mərhələlərdən keçmiş Azərbaycan Teleradiosu taleyüklü məqamlarda milli həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və ictimai düşüncənin səfərbər olunması baxımından bənzərsiz tribuna rolunu oynamışdır. Onun çağırışları zaman-zaman xalqımızın mənəvi birliyinin ifadəsinə çevrilmiş, milli kimliyimizin və dövlətçilik düşüncəmizin möhkəmlənməsinə xidmət etmişdir.

Yüz illik fəaliyyət həm də peşəkar jurnalistika məktəbinin formalaşması və inkişafı tarixidir.

Bu məktəbin yetirmələri sözə məsuliyyət, peşəyə sədaqət, dinləyiciyə hörmət prinsiplərini rəhbər tutaraq milli media mühitinin zənginləşməsində mühüm rol oynamışlar. Rəqəmsal texnologiyaların informasiya məkanını sürətlə dəyişdirdiyi, media rəqabətinin yeni məzmun və forma qazandığı zamanda zəngin ənənələri qoruyaraq müasir tələblərə uyğun fəaliyyət göstərmək isə xüsusi əhəmiyyət daşıyır.
 

İnanırıq ki, bir əsrlik zəngin təcrübə və möhkəm ənənələrə söykənən Azərbaycan Teleradiosu bundan sonra da milli-mənəvi dəyərlərimizin təbliği, cəmiyyətin maariflənməsi, obyektiv və etibarlı informasiya təminatı istiqamətində uğurla fəaliyyət göstərəcək, xalqımızın yaddaşında və həyatında özünəməxsus yerini qoruyub saxlayacaqdır.


Azərbaycan Mətbuat Şurası olaraq bu əlamətdar yubiley münasibəti ilə Azərbaycan Teleradiosunun inkişafına töhfə vermiş bütün nəsillərin nümayəndələrini, söz və sənət fədailərini ehtiramla yad edir, hazırda bu ənənələri yaşadan kollektivin üzvlərini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq enerjisi, yeni uğurlar arzulayırıq!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin