Gecə saat 1 radələrində Bakı-Quba yolunun 96-cı km-də, Siyəzən rayonu ərazisində yol qəzası qeydə alınıb. Quba istiqamətinə gedən “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.
Bizim.Media-nın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yoldan keçən maşınların sürücüləri aşan avtomobildən sürücünü çıxarmağa müvəffəq olublar.
Sürücü Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, aşan “VAZ-2107” markalı avtomobilin sürücüsü Şəki rayonunun Baş Göynük kənd sakini, 21 yaşlı Coşqun Əhmədovdur. O, hazırda xəstəxanada müayinələrini davam etdirir.
Qəzanın başvermə səbəbi araşdırılır.
Müşahidələrimizə görə, həmin vaxt Bakı-Quba yolunda hərəkət edən TIR-lar və yük maşınları yüksək sürətlə hərəkət edib. Qəzanın bu səbəbdən baş verməsi qaçılmaz olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:52 / 31.10.2026
Bakı-Quba yolunda ağır qəza: Xəsarət alan var – Video
Hazırda oxunan: Bakı-Quba yolunda ağır qəza: Xəsarət alan var – Video
Hazırda oxunan: Bakı-Quba yolunda ağır qəza: Xəsarət alan var – Video
645226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































