Zərdabda qəza olub, dörd nəfər xəsarət alıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-den məlumat verilib.
Bildirilib ki, Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi) bu gün saat 09:40 radələrində Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".
Fəridə, Bizim.Media































































































