Azərbaycanda yeni ombudsman seçiləcək

Hazırda oxunan: Azərbaycanda yeni ombudsman seçiləcək

644867

Oktyabrın 30-da Milli Məclisinin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib.

Deputatlar "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" məsələni müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.

Hazırkı ombudsman Səbinə Əliyevadır və o, bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin