Moskvada təhsil alan İsrail və Ukrayna vətəndaşı Noa Koenin (ad şərtidir) "Şeremetyevo" hava limanında telefonu yoxlanıldıqdan sonra Rusiyaya girişi qadağan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
2021-ci ildən Rusiya ali məktəbində oxuyan qız 2025-ci ilin yayında Minsk vasitəsilə Moskvaya uçub. “Şeremetyevo” hava limanında onun telefonu alınıb və o, təxminən 7 saat sərhədçi ilə söhbət edib.
Məhkəmə sənədlərinə əsasən, qızın telefonunda Volodimir Zelenski, Yuliya Navalnıya, Maksim Qalkin və müxalif musiqiçilərin paylaşımlarına, Ukrayna Ordusunun (HSV) hərbçilərinə və İsrailin Fələstinlə bağlı siyasətinə qoyulan bəyənmələr ("like") tapılıb. Həmçinin yazışmalarda "rusnya" sözünün işlədildiyi müəyyən edilib.
Sərhədçilər qızın Rusiyaya girişini qadağan edərək onu Minskə geri göndəriblər. Qız vəkili vasitəsilə bu qərardan şikayət etsə də, Rusiya məhkəməsi onun əməllərini "Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid" kimi qiymətləndirərək idddanı rədd edib.
Bizim.Media


































































































