Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

Hazırda oxunan: Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

643507

Slovakiya 2022-ci ildən bəri ilk dəfə Rusiya ilə hökumətlərarası məsləhətləşmələr keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya-Slovakiya iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyasının iclası oktyabrın 26-da Moskvada keçiriləcək.
 

Görüşdə energetika, o cümlədən atom enerjisi, kənd təsərrüfatı, ekologiya, idman və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.


Qeyd olunub ki, Bratislava qaz tədarükünün müzakirəsində və neft tədarükünün davam etdirilməsində maraqlıdır. Bu mövqe Avropa İttifaqının 2027-ci ilin sonunadək Rusiya qazının alışını dayandırmaq planı ilə ziddiyyət təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin