Avropa Komissiyası SpaceX-dən Ukraynada “Starlink”in tam fəaliyyətini bərpa etməyi tələb edir
Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Toma Renye bildirib.
O, “Starlink” xidmətlərinin sürətinin azaldılması ilə bağlı məlumatları “dərin narahatlıq doğuran” hal kimi qiymətləndirib.
Renyenin sözlərinə görə, Ukraynaya hərbçilərin koordinasiyası, mülki əhalinin qorunması və dronların idarə olunması üçün bu rabitə sistemi zəruridir.
O qeyd edib ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizliyinin kosmosdan nə dərəcədə asılı olduğunu göstərib.
Bu səbəbdən Avropa İttifaqı 300-dən çox peykdən ibarət olacaq “Iris²” peyk sisteminin inkişafı üzərində işləyir. Sistem mülki və hərbi məqsədlər üçün təhlükəsiz rabitə təmin edəcək. Ukrayna da layihədə iştirak edəcək.
Bizim.Media

































































































