Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Hazırda oxunan: Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

643511

“Tramp marşrutu” (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP)  ilə silah, sursat və təhlükəli kimyəvi maddələr daşınmayacaq.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 21-də parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə Strateji tərəfdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiyası məsələsi müzakirə olunarkən bildirib.

Onun sözlərinə görə, İrəvan və Bakı qadağan olunmuş yüklərin daşınmasının yolverilməzliyi ilə bağlı ortaq anlayışa malikdir.
 

Erməni nazir qeyd edib ki, bu cür malların siyahısı müvafiq sənədlərdə təsbit olunub və Azərbaycan üçün heç bir istisna nəzərdə tutulmayıb.


Mirzoyan əlavə edib ki, müəyyən kateqoriyalı yüklərin daşınması üçün əvvəlcədən razılaşdırma tələb olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin