Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Hazırda oxunan: Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

642790

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. 

1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilən şəxs teatırda mühafizəçi işləyir. 

Mühafizəçini 15 yaşlı yeniyetmənin bıçaqladığı ehtimal edilir.

Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin