“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Hazırda oxunan: “50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

640957

Sürücülərin 80 faizi “50 qəpik” özünəxidmət avtoyumadan istifadə edir. Bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşaraq başlayır, sonra su ilə yaxalayırlar. Bəziləri üstündən mum da vurur ki, maşının səthi toz, su saxlamasın, rəngi parıldasın.  
 

Amma belə məlum olub ki, bunlar düzgün ardıcıllıq deyilmiş. Əgər avtomobil sadəcə yolda toplanan tozdan çirklənibsə, problem deyil. Lakin çox palçıqlıdırsa, birbaşa köpük vurmaq olmaz, əvvəlcə islatmaq lazımdır.


Yumağa isə yuxarıdan başlayıb aşağıya doğru irəliləmək, su və köpüyün səthə bərabər paylanmasını təmin etməkdir. Daha bir vacib məqam: əgər avtomobil günəş altında saxlanılıbsa, kuzov köpük vurmaq üçün həddindən artıq isti ola bilər, xüsusilə tünd rəngli avtomobillər çox tez qızır.

İsti səthdə təmizləyici vasitə çirki effektiv şəkildə təmizləməyə macal tapmadan demək olar ki, dərhal quruyur və qalan qalıqlar plastik detallara zərər verə bilər. Buna görə də, isti havada yumağa sərin su ilə başlayaraq kuzovun soyumasını təmin etmək daha yaxşıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin