“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Hazırda oxunan: “105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

639679

Görkəmli alim və səhiyyə təşkilatçısı Tamerlan Əliyevin həyat və fəaliyyətinə həsr olunan “105 İLİN İZİ” adlı bədii-sənədli film 3 oktyabrda “Space TV”nin efirində nümayiş olunacaq.

Bizim.Media xəbər verir ki, ekran əsəri Azərbaycan tibb elminin və səhiyyə sisteminin inkişafında mühüm xidmətləri olan Tamerlan Əliyevin həyat yoluna, elmi fəaliyyətinə, səhiyyə təşkilatçısı kimi gördüyü işlərə və yetişdirdiyi nəslə bəxş etdiyi irsə həsr olunub.
 

Filmdə Tamerlan Əliyevin həyat hekayəsi yalnız bioqrafik faktlar əsasında deyil, onu tanıyan insanların xatirələri, arxiv sənədləri, foto və video materiallar vasitəsilə təqdim edilir. Ekran əsərində görkəmli alimin elmə və təhsilə baxışı, insan həyatına və səhiyyəyə verdiyi dəyər, eləcə də uzun illər ərzində formalaşdırdığı elmi və peşəkar məktəbin izi ön plana çəkilir.


“105 İLİN İZİ”ndə Tamerlan Əliyevin həyatının müxtəlif mərhələləri ilə yanaşı, onun ailə mühiti, təhsil və elm yolu, səhiyyə sahəsində fəaliyyəti və gələcək nəsillərə ötürdüyü dəyərlər arxiv görüntüləri və müsahibələr vasitəsilə canlandırılır.

Filmdə onunla birgə çalışan, tələbəsi olmuş və elmi-pedaqoji fəaliyyətini davam etdirən şəxslər öz xatirələrini bölüşür, Tamerlan Əliyevin şəxsiyyətinə və Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən danışırlar.

Ekran əsərinin əsas ideyasını bir insan ömrünün yalnız yaşadığı illərlə deyil, cəmiyyətə və insanlara bəxş etdiyi dəyərlərlə ölçülməsi təşkil edir.

“105 İLİN İZİ” bədii-sənədli filminin direktoru Ayaz Mustafayev, müəllifi Sahil Tahirli, rejissoru Vüsal Hacıqədir, prodüseri Azər Həsənovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin