"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Hazırda oxunan: "Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

639691

"Flydubai" aviaşirkətinin göyərtəsində yaralanan pilot Hindistan vətəndaşı Smit Maççhardır. 

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın "Hindustan Times" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hazırda onun vəziyyəti barədə məlumat yoxdur.

"LinkedIn" profilinə görə, həmin şəxs 2022-ci ilin iyun ayından bəri "Flydubai" aviaşirkətində "Boeing 737" təyyarələrinin kapitanı olub. Buna qədər isə o, 11 il ərzində Mumbay mərkəzli "SpiceJet" aviaşirkətində heyət komandiri kimi çalışıb. Uçuş təcrübəsi — "737-800", "737 MAX 8" və "9" model gəmilərdə 9 750 saatdır.
 

Açıq mənbələrdən əldə edilən məlumata görə, Maççhar "Flydubai" aviaşirkətinə birbaşa hava gəmisi kapitanı vəzifəsinə gəlib. Profilində onun "SpiceJet" aviaşirkətində komandir qismində 6 400 saatdan çox uçuş həyata keçirdiyi qeyd olunub.


Qeyd edək ki, sentyabrın 30-da göyərtəsində 150-dən çox sərnişin olan təyyarə Dubaydan Təl-Əvivə doğru hərəkət edirmiş, lakin Səudiyyə Ərəbistanının qərbindəki Tabuk şəhərinə təcili eniş edib. Laynerin pilotları arasında dava düşdüyü barədə məlumat daxil olub. İkinci pilot həmkarını bıçaqla vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin