Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi “Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum” sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib.
Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb:
“Ölkənin 90 faizinin tanıdığı bir sima olaraq, bu sözü deməyə haqqım var. Bunu mənim görünüşüm də deyir. Baxmayaraq ki, son iki ildə səhhətimlə bağlı idman edə bilmirəm. Amma son iki ilə qədər bu, danılmaz faktdır, gözlə görünən bir şeydir. Bu, mənim həyat tərzim olub.
Mən niyə hansısa idmançıya söz atım?
İdmançı idmançı ilə, müğənni müğənni ilə, aktrisa isə aktrisa ilə rəqabət aparar. Bu sözüm hansısa bir neçə min izləyicisi olan məşqçinin xətrinə dəyib. Nəzərə alsaq ki, mən sizdən daha əvvəl tanınmışam, izləyici kütləm sizinkindən daha çoxdur, bu, çox normaldır. Mən danışanda öz sahəmdən danışıram.
Bir çox xanım məndən sonra idman edərək qarın əzələsi çıxarmağa hövsələsi, iradəsi çatmadığı üçün özlərində süni presslər qoydurdular.
Bu, faktdır. Bir çox tanınmış şəxs bunu edib. Amma mən bunu əməliyyat vasitəsilə yox, təbii yollarla etmişəm. Bunu mənim məşqçilərim və izləyici kütləm təsdiq edə bilər. Ümumiyyətlə, mənim varlığım çox adamı qıcıqlandırır. Mən də bunu qəbul edirəm, bu, çox normaldır”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:32 / 01.10.2026
“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO
Hazırda oxunan: “Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO
Hazırda oxunan: “Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO
639719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































