Bakıda Regional Forum işinə başlayır

Hazırda oxunan: Bakıda Regional Forum işinə başlayır

639743

Bu gündən Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - CAMCA Regional Forumu işinə başlayır.

Bizim.Media xəbər verir ki, forum özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksəksəviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirəcək.

İki gün davam edəcək tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün imkanlar müzakirə olunacaq.
 

Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintech, təhsil, turizm və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara həsr edilmiş panel müzakirələri və sessiyalar keçiriləcək.


2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.

2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma olacaq.

Tədbir işini sabah yekunlaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin