“Orduda 3 əsas, ümumi çağırış, alternativ hərbi xidmət və alternativ xidmətə keçid baş verməlidir. Biz tədricən alternativ hərbi xidmətə, yəni müqavilə əsaslı xidmətə keçid etməliyik”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində deyib.
“Biz bu sistemə mərhələli şəkildə keçməliyik. Azərbaycanda gələcəkdə peşəkar ordu tam şəkildə öz formalaşmasını təmin etməlidir”- deyə o vurğulayıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:38 / 30.09.2026
Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ
Hazırda oxunan: Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ
Hazırda oxunan: Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ
639642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































