8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Hazırda oxunan: 8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

639712

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri həyata keçirilir, aşan avtomobilin ərazidən götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin