Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Hazırda oxunan: Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

639728

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrin qlobal dizel yanacağı bazarında qiymətləri artırdığını bildirib.

Bizim.Media xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ lideri qeyd edib ki, dizel yanacağı problemləri Yaxın Şərqdən daha çox Rusiyada baş verənlərlə bağlıdır. Onlar oradakı neft emalı zavodlarını həyəcanverici sürətlə sıradan çıxarırlar.

Onun sözlərinə görə, əgər bu amil olmasaydı, dünyada dizel yanacağının bahalaşması problemi ilə qarşılaşmazdılar. Eyni zamanda, Amerika lideri vurğulayıb ki, o, hələ də ABŞ-dan dizel yanacağı ixracına müvəqqəti qadağa qoyulması məsələsini nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin