Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Hazırda oxunan: Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

639693

Həbsdə olan Tovuz Vəkil Bürosunun sədri Rəşad Abdullayev və vəkil Süleyman Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “E-hüquq.az”a vəkil Sadir Ağakişiyev məlumat verib.

Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə hökmdən verilən apellyasiya şikayətləri təmin olunub və yekun qərar qəbul edilib.

Qərara əsasən, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunub. Cinayət Məcəlləsinin 297-ci və 320.1-ci maddələri üzrə isə cəza təyin edilməyib.

Rəşad Abdullayevə 3 il, Süleyman Əliyevə isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Hər iki şəxs məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin