Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Hazırda oxunan: Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

639755

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatıb.

Bu barədə Bizim Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə kütləvi zəhərlənmə:
13 nəfər xəstəxanalıq oldu - FOTO

 

Bildirilib ki, 30.09.2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.

Xatırladaq ki, Kürdəmirdə dünən toyda kütləvi zəhərlənmə baş verib. Hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin