İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Hazırda oxunan: İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

639716

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb.

Bizim.Media "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə anklavın səhiyyə orqanlarının nümayəndələri bildiriblər.

Onların məlumatına görə, İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 1 qadın ölüb, onun əri və daha bir neçə nəfər isə yaralanıb. İsrail Müdafiə Ordusunun iddiasına görə, zərbənin hədəfi hərbçilərə hücumlar planlaşdıran HƏMAS yaraqlısı olub.

Qeyd olunub ki, Qəzza şəhərinin Təl-əl-Həva rayonunda İsrailin endirdiyi daha bir aviazərbə nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Anklavın cənubunda, Xan-Yunisdə məscidin yaxınlığına endirilən zərbə nəticəsində yerli jurnalist Məhəmməd Əl-Nəccar həlak olub, bir neçə nəfər yaralanıb.

Daha sonra Qəzza zolağının cənubundakı Qarara şəhəri yaxınlığında İsrailin hava zərbəsi nəticəsində 1 nəfər ölüb. Beləliklə, gün ərzində həlak olanların sayı azı 7 nəfər təşkil edib.

Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, atəşkəs elan ediləndən bəri azı 1 400 nəfər həlak olub. İsrail isə 4 hərbçisinin öldüyünü bildirir. Fələstin hakimiyyəti bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada 74 mindən çox insan ölüb. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin