ABŞ Dövlət katibi Marko Rubio İranla ikitərəfli sülh danışıqlarının çıxılmaz vəziyyətə düşməsindən sonra bu ölkənin BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ABŞ-ı dərhal tərk etməsini tələb edib.
Bizim.Media xəbər verir ki, "Axios" portalının məlumatına görə, Ağ Ev əvvəlcə Tehranla danışıqlarda irəliləyiş əldə olunacağına ümid etsə də, günün sonunda prosesin dalana dirəndiyi üzə çıxıb.
Bundan sonra Rubionun göstərişi ilə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməli olduğunu bildirib. İranlı diplomatlar sentyabrın 29-nun gecəsində Dohaya uçublar.
Nəşr qeyd edir ki, Qətər vasitəçilərinin ABŞ və İran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri tərəflərin güzəştə getmək istəməməsi səbəbindən uğursuz nəticələnib, lakin tərəflər arasında kompromis variantlarının müzakirəsi davam edir.
Bizim.Media





































































































