Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Hazırda oxunan: Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

639736

Abşeronda 19 yaşlı oğlan xalasının ərini söyən şəxsi küçədə bıçaqlayıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində, Koroğlu küçəsində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Əfsun Məlikov (soyad şərtidir - red.) xalasının əri Eltun və onun dostu Elxanla birlikdə çörək yeyib, spirtli içki qəbul edib.

Kafedə Eltunla Elxan arasında zarafat üstündə mübahisə yaranıb. Mübahisəyə Əfsun da müdaxilə edib. Elxan isə məsələnin ona aid olmadığını bildirib və buna görə Əfsuna irad tutub.

Bundan sonra Əfsun onların yanından ayrılaraq evə gedib. Eltunla Elxan kafedən çıxdıqdan sonra yaxınlıqdakı restoranda pivə içmək qərarına gəliblər. Onlar restorana gedərkən Əfsuna zəng edərək onu da dəvət ediblər.

Əfsun da onlara qoşulub və birlikdə restoranda spirtli içki qəbul ediblər. Həmin vaxt Eltuna zəng gəldiyi üçün o, məclisi yarımçıq tərk edib. Elxanla Əfsun isə restoranda qalaraq qəlyan çəkməyə davam ediblər.

Bu zaman Elxan Eltun barədə danışıb və bu, Əfsunu yenidən qıcıqlandırıb. O, özü ilə gətirdiyi bıçaqla Elxanı bıçaqlayıb və hadisə yerindən qaçıb.

Daha sonra Əfsun polisə gedərək hadisə barədə məlumat verib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və Əfsun Məlikov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub.

Məhkəmənin hökmü ilə Ə.Məlikov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin