"Birliyin Gücü-2026" hərbi təlimi çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə fəaliyyəti həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Birliyin Gücü-2026" təlimində Hərbi Hava Qüvvələrimiz ilə can Azərbaycanın Hərbi Hava Qüvvələri profil yerüstü hədəfləri ilk atışda tam dəqiqliklə məhv etdi. Polad qanadlarımızın birgə gücü dostluğumuzun və qardaşlığımızın ən konkret göstəricisidir!", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
Gökyüzünde omuz omuza, hedefte tam isabet! Birliğin Gücü-2026 Tatbikatı’nda Hava Kuvvetleri Komutanlığımız ile can Azerbaycan Hava Kuvvetleri, profil yer hedeflerini ilk atışta tam isabetle imha etti. Çelik kanatlarımızın ortak gücü, dostluğumuzun ve kardeşliğimizin en somut göstergesi! @wwwmodgovaz #BirliğinGücü2026 #MillîSavunmaBakanlığı
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 30, 2026
Bizim.Media




































































































