Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Hazırda oxunan: Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

631763

Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.

Bizim.Media Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.

Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:

Mədəniyyət Nazirliyi - bir vəzifə üzrə 1 yer;

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - iki vəzifə üzrə 2 yer;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - yeddi vəzifə üzrə 7 yer;

Energetika Nazirliyi - iki vəzifə üzrə 2 yer;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi - üç vəzifə üzrə 3 yer;

Gənclər və İdman Nazirliyi - on bir vəzifə üzrə 11 yer;

Müdafiə Sənayesi Nazirliyi - üç vəzifə üzrə 3 yer.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin