ADU-nun Tərcümə fakültəsində Ulu Öndərin zəngin irsinə həsr olunan mühazirə keçirildi

Hazırda oxunan: ADU-nun Tərcümə fakültəsində Ulu Öndərin zəngin irsinə həsr olunan mühazirə keçirildi

631825
“Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan mühazirələr dinlənilir.
 
Universitetinin  Xarici ölkələr ədəbiyyatı kafedrası kafedrasının müdiri, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi professor Aynur Sabitova fakültənin tələbələri qarşısında ilk mühazirə ilə çıxış edib.
Müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan və zəngin dövlətçilik təcrübəsindən bəhs edən kafedra müdiri Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, müstəqilliyimizin möhkəmləndirilməsində, milli şüurun dirçəlməsində, azərbaycançılıq ideologiyasının inkişafında, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında müstəsna rolundan bəhs edib.
A.Sabitova Ümummilli Liderin parlaq ideyalarının bu gün də əzmlə davam etdirildiyini və ölkəmizi inamla irəli apardığını bildirib, indiki və gələcək nəsillərə işıq tutan Heydər Əliyev irsinin Azərbaycan var olduqca yaşayacağına və daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin