Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Hazırda oxunan: Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

631273

Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayevin adı Rusiyanın paytaxtı Moskvada qeydə alınan qətl və dələduzluq üzrə cinayət işində hallanır.

Bizim.Media xəbər verir ki, bu barədə cinayət işinin materiallarına əsaslanaraq TASS informasiya agentliyi xəbər yayıb.
 
Qeyd olunan iş üzrə ümumilikdə səkkiz nəfər istintaqa cəlb olunub. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, bu şəxslər Moskva sakinlərinin mənzillərinin ələ keçirilməsi prosesində iştirak ediblər.
 

Elvin Paşayev xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluğun iki epizodu üzrə təqsirləndirilir. Lakin o, irəli sürülən ittihamlarla razılaşmır və özünü günahkar hesab etmir.
Sözügedən cinayət işinin istintaqına 2024-cü ilin oktyabrında Moskvanın şimal-qərb hissəsindəki parkların birində insan sümüklərinin aşkar edilməsi ilə başlanılıb.


İstintaq gedişatında məlum olub ki, dələduzlar ölmüş şəxsin evini sataraq əldə etdikləri məbləği bank hesabına yerləşdiriblər. Həmin vəsaiti isə bir taksi sürücüsü və onun qadın tanışı nağdlaşdırmağa çalışıblar. Beynəlxalq hüquq firması "Elman Group MMC"nin baş direktorunun oğlu Elvin Paşayevə qarşı dələduzluq işi günahını boynuna alan taksi sürücüsü və sevgilisinin həbsindən sonra açılıb.

Cinayət işi çərçivəsində meyitin ekshumasiyası təmin edilib və bir sıra müvafiq ekspertizalar aparılıb. İş üzrə təqsirləndirilənlərin əksəriyyəti hazırda istintaq təcridxanasındadır, yalnız bir iştirakçıya qarşı ev dustaqlığı qətimkan tədbiri tətbiq olunub.

Xatırladaq ki, bir müddət öncə Elman Paşayev özü də xüsusilə külli miqdarda fırıldaqçılıq maddəsi ilə məhkum olunub. İstintaq materiallarına əsasən, o, Aleksey Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcəyi vədi ilə onlardan 46 milyon rubldan (təqribən 930 min manat) artıq vəsait almaqda günahlandırılırdı.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin