İş adamı, Xalq artisti Emin Ağalarov "Sea Breeze"dəki hadisə ilə bağlı açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Emin Ağalarov sosial şəbəkə hesabında paylaşım edərək özü və bütün komanda adından uşağın ailəsinə başsağlığı verib.
"Sea Breeze" ərazisindəki akvaparkda baş vermiş faciəvi hadisə nəticəsində uşaq həyatını itirib. Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.
Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsüm fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik” – paylaşımda qeyd edilib.

Bizim.Media


























































































