Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə “Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.
Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda “BakuKart” olduğu kimi, Naxçıvanda “NaxçıvanKart”, Sumqayıtda “SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür.
Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi, bir-birində keçərli olması qarşıya qoyulan əsas hədəflərdən biridir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:34 / 14.08.2026
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA
631193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































