Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi

Hazırda oxunan: Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi

631098

Ögey qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxsə açılmış cinayət işi üzrə proses başa çatıb.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı rayon sakini 1988-ci il təvəllüdlü Sübhan Səfərova (ad və soyadlar şərtidir) hökm oxunub.

Bildirilib ki, S.Səfərov ailəsi ilə Ağdamdan məcburi köçkün düşdükdən sonra Saatlıda məskunlaşıb.

Əvvəllər narkotiklə bağlı cinayətə görə məhkum edilmiş şəxs ötən il Ucar rayonundan olan Əsmayə adlı qadınla qeyri-rəsmi nikah bağlayıb və birgə yaşamağa başlayıblar. Həmin qadın Saatlıya köçərkən birinci nikahdan doğulmuş 2011-ci il təvəllüdlü qızını da özü ilə gətirib. Bir müddət sonra isə Sübhan Səfərovun yaşadığı evdə Əsmayənin qızına seksual xarakterli hərəkətlər etməsinin üstü açılıb və o, polis tərəfindən saxlanılıb, barəsində cinayət işi başlanılıb.

Yeniyetmə qızı dayısı Sübhanın evindən aparıb.
 

Məhkəmədə təqsirləndirilən şəxs ögey qızına qarşı cinayət törətmədiyini deyib. Lakin onun ibtidai istintaqa verdiyi etirafedici ifadəsi elan edilib.


Hökmə əsasən, S.Səfərov Cinayət Məcəlləsinin 152.2-1.1-ci maddəsi ilə təqsirli bilinib. O, 11 il həbs cəzasına məhkum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin