Bu kombilər bir-bir söküləcək - Tarix açıqlandı

Hazırda oxunan: Bu kombilər bir-bir söküləcək - Tarix açıqlandı

629936

Avropa İttifaqı karbon emissiyalarını azaltmaq məqsədilə binaların istilik sistemlərində genişmiqyaslı dəyişikliklərə başlayır. Yeni qaydalara əsasən, təbii qazla işləyən kombilər mərhələli şəkildə istifadədən çıxarılacaq və onların yerini daha ekoloji istilik sistemləri tutacaq.

Bizim.Media xəbər verir ki, Avropa İttifaqının Binaların Enerji Performansı Direktivinə (EPBD) əsasən, 2028-ci ildən etibarən inşa ediləcək bütün yeni dövlət binaları "sıfır emissiyalı bina" standartlarına uyğun olmalıdır.

2030-cu ildən isə bu tələb bütün yeni yaşayış binalarına da şamil ediləcək. Həmin binalarda təbii qazla işləyən kombilərin quraşdırılmasına icazə verilməyəcək.

Avropa İttifaqının uzunmüddətli planına əsasən, 2040-cı ilədək mövcud yaşayış binalarında da təbii qazla isitmə sistemlərinin mərhələli şəkildə istifadədən çıxarılması nəzərdə tutulur.

Bu dəyişiklik fosil yanacaqdan asılılığı azaltmaq və istixana qazı emissiyalarını minimuma endirmək məqsədi daşıyır.

Yeni strategiyada əsas alternativ kimi istilik nasosları göstərilir. Bu sistemlər havadan, sudan və ya torpaqdan alınan enerjidən istifadə edərək yanacaq yandırmadan isitmə təmin edir.

Mütəxəssislərin sözlərinə görə, istilik nasosları sərf etdikləri 1 vahid elektrik enerjəsi hesabına 5 vahidə qədər istilik enerjisi istehsal edə bilir ki, bu da onları ənənəvi qaz kombilərindən daha səmərəli edir.(musavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin