Gəncədə 24 yaşlı oğlanın meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.
2002 ci il təvəllüdlü Ədil Oruczadənin cansız bədəni yaşadığı evin həyətində yaxınları tərəfindən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu



































































































