Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb – Ən çox bu stansiyada

Hazırda oxunan: Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb – Ən çox bu stansiyada

629785

Bu ilin iyulunda "Bakı Metropliteni" QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb.

Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən məlumat verilib.
 

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur. Qeyd edilib ki, "Koroğlu" stansiyası 1 milyon 630 min 48 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda isə metrodan 649 min 974 nəfər istifadə edib.


Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib.

Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

"Əlçatan metro" xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin