Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) qarşıya qoyulmuş tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Bizim.Media xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun sədrliyi ilə Nazirliyin 2026-cı ilin birinci yarımili üzrə fəaliyyətinin yekunlarına və ikinci yarımildə qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclasda Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilən tədbirlər, birinci yarımildə görülmüş işlər, əldə olunan nəticələr və qarşıya qoyulmuş tapşırıqların icra vəziyyəti müzakirə edilib.
Bununla yanaşı, 2026-cı ilin ikinci yarımili üzrə əsas fəaliyyət istiqamətləri və prioritetlər müəyyənləşdirilib, qarşıdakı dövr üçün hədəflər nəzərdən keçirilib.
İclasın sonunda Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinə təsdiq edilmiş fəaliyyət planlarının vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, eləcə də qarşıya qoyulan tapşırıqların operativ yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.











Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:45 / 31.07.2026
Nazirlikdə kollegiya iclası keçirildi - FOTO
Hazırda oxunan: Nazirlikdə kollegiya iclası keçirildi - FOTO
Hazırda oxunan: Nazirlikdə kollegiya iclası keçirildi - FOTO
628641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































