2026-cı ilin avqust ayı ilin ən həlledici dövrlərindən biri hesab olunur. Bunun əsas səbəbi son bir il yarım ərzində davam edən tutulma oxunun dəyişməsidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Demokrat.az-a astroloq Aytən Salami deyib.
Onun sözlərinə görə, indiyədək Günəş və Ay tutulmaları əsasən Balıq-Qız bürcü oxunda baş verirdi. Avqust ayından etibarən isə bu proses Şir-Dolça oxuna keçir:
“Bu dəyişikliklə son bir il yarım ərzində həyatlarında mühüm dönüşlər yaşayan Qız, Balıq, Oxatan və Əkizlər bürcü nümayəndələrinin çətin və taleyüklü dövrü tədricən başa çatır. Saturnun da Balıq bürcünü tərk etməsi və tutulmaların bu oxdan çıxması həmin bürclərin üzərindəki təzyiqi xeyli azaldacaq.
Eyni zamanda yeni dövr Şir, Dolça, Əqrəb və Buğa bürcləri üçün başlayır. Avqust ayından etibarən qarşıdakı təxminən bir il yarım ərzində Günəş və Ay tutulmaları məhz Şir-Dolça oxunda baş verəcək və bu dörd bürcün həyatında mühüm dəyişikliklərə, dönüş nöqtələrinə səbəb olacaq”.
Astroloq əlavə edib ki, astroloji baxımdan bu dövrün hansı mövzuları gündəmə gətirəcəyini anlamaq istəyənlər 9-10 il əvvələ nəzər sala bilərlər:
“Həmin illərdə həyatlarında hansı məsələlər ön planda olubsa, çox böyük ehtimalla avqustdan başlayacaq yeni dövrdə də eyni mövzular yenidən aktivləşəcək və inkişaf edəcək. Qısacası, 2026-cı ilin avqustu astroloji baxımdan yeni bir mərhələnin başlanğıcıdır. Xüsusilə Şir, Dolça, Əqrəb və Buğa bürcləri üçün böyük dəyişikliklər və taleyüklü dönüşlər gətirəcək bir il yarımlıq dövr məhz bu aydan etibarən başlayır”
Bizim.Media
































































































