Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

Hazırda oxunan: Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

628378

Sumqayıt şəhərində avtovağzal ərazisində yerləşən ictimai nəqliyyat dayanacağının yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, şəhərin mərkəzində yerləşən dayanacaq uzun müddətdir qəzalı və istifadəyə yararsız vəziyyətdədir.

İddialara görə, buna baxmayaraq, dayanacağın yenilənməsi və ya təmiri istiqamətində indiyədək heç bir tədbir görülməyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) oxu.az-a fakt təsdiqləyib:

"Bu, Sumqayıtda daha əvvəl quraşdırılan dayanacaqdır və həm onun, həm də ərazidəki səkinin vəziyyəti qənaətbəxş deyil. Qeyd etmək istərdik ki, Sumqayıt şəhərində avtobus dayanacaqları AYNA-nın səlahiyyətinə 28 noyabr 2025-ci il tarixindən keçib. Sumqayıt şəhərində təhlil aparılıb və yaxın vaxtlarda bu dayanacaq daxil 20-dən çox dayanacaq dəyişdiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin