Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Hazırda oxunan: Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

628278

Azərbaycanın xanım səfirlərinin sayı üçə çatıb.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev imzaladığı Sərəncamla Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Bununla da zərif cinsin nümayəndələrindən olan səfirlərin sırasına daha biri əlavə olundu.

Azərbaycan diplomatiyasını xaricdə təmsil edən xanım səfirlər:

Leyla Abdullayeva — Azərbaycanın Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 17 oktyabr 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Nərgiz Qurbanova — Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 29 iyul 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Esmira Firudin qızı Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri. 29 iyul 2026-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin edilib. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin