Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul nəticələrini elan edib. Builki plan yerləri ilə qəbul sayının müqayisəsi göstərir ki, təxminən 4 minə yaxın plan yeri boş qalacaq.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Yəni 1 876 bakalavr magistraturaya qəbul olunmayıb.
Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.
Bu il magistratura üzrə plan yerlərinin sayı 17 688 idi. Qəbul olunanların sayı isə 13845 nəfər olub.
Müqayisə göstərir ki, bu il universitetlərə magistr qəbulu üzrə 3 843 plan yeri boş qalır. (trend.az)
Bizim.Media





























































































