Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Hazırda oxunan: Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

627867

Böyük Britaniyanın Baş naziri Endi Bernem bəyan edib ki, yeni hökumət Kiyev qarşısındakı bütün öhdəliklərini, o cümlədən münaqişə başa çatdıqdan sonra Ukraynaya hərbi kontingent göndərilməsini yerinə yetirəcək.

Bizim.Media xəbər verir ki, onun çıxışını "Sky News" telekanalı canlı yayımlayıb.
 

"Atəşkəs qüvvəyə mindikdə, Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirmək üçün çoxmillətli qüvvələri yerləşdirməyə hazır olacağıq", — deyə o bildirib.


Britaniya hökumətinin başçısı həmçinin qeyd edib ki, Britaniya yeni yaradılmış "Stone Cloak" radioelektron mübarizə (REM) sisteminin əsasını təşkil edən əqli mülkiyyət hüquqlarını Kiyevə ötürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin