Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Hazırda oxunan: Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

627363

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb.

Bu barədə ADY-dən Bizim.Media-ya məlumat verilib. Hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Arif Şirin oğlu Ataşovu vuraraq öldürüb.

Meyit tanınmaz hala düşüb.
 

“Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib. Hadisə ilə bağlı araşdırma aparılır”, - deyə ADY-dən bildirilib.


ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır:

“Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur.

Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin