Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Hazırda oxunan: Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

627328

Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşkar olunan ərazi nəzarətə götürülüb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, ərazi hasarlanıb və kamera quraşdırılıb.

Xatırladaq ki, əşyalar bir müddət öncə rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkar edilib.

Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin