Əliqismət Lalayevə yeni VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Əliqismət Lalayevə yeni VƏZİFƏ VERİLDİ

626475

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının sabiq direktoru Əliqismət Lalayevə yeni vəzifə verilib.

Bizim.Media “bakıvaxtı.az”a istinadla xəbər verir ki, o, Milli Məclisin Mədəniyyət Komitəsində fəaliyyətə başlayıb.
 

Əliqismət Lalayev bildirib ki, komitənin sədri Polad Bülbüloğlu ilə yenidən birgə çalışır. Onun sözlərinə görə, daha əvvəl 12 il Mədəniyyət Nazirliyində, həmçinin əvvəlki dövrlərdə də Polad Bülbüloğlu ilə birgə fəaliyyət göstərib.


Ə. Lalayev yeni vəzifəsində çalışmaqdan məmnun olduğunu ifadə edərək, Polad Bülbüloğlu ilə eyni komandada fəaliyyət göstərməyi böyük şərəf və qürur hesab etdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin