Paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Baku.ws-in sorğusuna cavab verib.
Qurumdan bildirilib ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da quraşdırılıb:
"Əsas istiqamətverici isə 7.6.1 "Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu" əlavə məlumat nişanıdır".
AYNA qeyd edib ki, sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməli, tərəddüd yaranarsa, ərazidə xidmət göstərən bələdçidən məlumat almalıdırlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:28 / 18.07.2026
Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO
Hazırda oxunan: Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO
Hazırda oxunan: Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO
626014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































