Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Hazırda oxunan: Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

625788

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.

Bəs bu “gənc” fənləri tədris edən müəllim korpusu varmı, yetişibmi?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bu təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizlik sahələrində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır: 

“Yeni fənlərin tədrisinə əmək bazarında informasiya texnologiyaları ixtisası üzrə təhsil almış, süni intellekt və maşın təlimi sahəsində ixtisaslaşmış, kompüter elmləri üzrə bakalavr təhsili olan mütəxəssislər, eləcə də riyaziyyat müəllimləri cəlb oluna bilərlər. Məhz bu istiqamət üzrə hazırlığı olan mütəxəssislərin dərslərin tədrisində iştirak etməsi daha məqsədəuyğundur”.

Ekspert bildirib ki, bu fənlər üçün Azərbaycan dili, riyaziyyat və digər əsas elm sahələrində olduğu qədər dərs saatı ayrılmayacaq:

“Lakin mərhələli şəkildə tədris prosesi təşkil olunacaq. Perspektivdə isə məhz bu sahələr üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsinə ehtiyac yaranacaq. Gələcəkdə ya riyaziyyat müəllimliyi proqramları çərçivəsində süni intellekt və əlaqəli mövzuların tədrisi nəzərdə tutulmalı, ya da kibertəhlükəsizlik və kompüter elmləri üzrə ixtisaslaşmış mütəxəssislər birbaşa tədris prosesinə cəlb edilməlidirlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin