Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Hazırda oxunan: Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

625709

Hər bir şəhərin mərkəzi küçələri o şəhərin mədəniyyətini, səliqəsini əks etdirən güzgüdür. Xüsusilə, turistlərin daha çox ziyarət etdiyi həmin küçələrdə ölkənin tarixi, mətbəxi, təbiəti, mədəniyyətindən xəbər verən hər bir detal diqqət çəkir.

Belə detallardan biri də şəhər küçələrini bəzəyən məlumat lövhələridir. Turistlər və yerli sakinlər bu lövhələr vasitəsilə şəhərdə keçiriləcək konsert, festival, teatr tamaşaları və digər tədbirlər haqqında məlumatlı olurlar.

Təəssüf ki, bu gün şəhərin müxtəlif küçələrində yerləşən məlumat sütunlarında artıq başa çatmış konsertlərin və digər tədbirlərin afişaları hələ də qalmaqdadır.
 

Məlumat sütunlarının məqsədi vətəndaşları aktual, yaxın gələcəkdə olan tədbirlər barədə operativ şəkildə məlumatlandırmaqdır. Lakin vaxtı keçmiş afişalar sökülmədikdə o, bu funksiyasını itirir, məlumat mənbəyindən çox, yaxın keçmiş haqqında mədəniyyət xronologiyasını xatırladır.


Bu problem ilk baxışdan kiçik görünə bilər. Ancaq şəhər mədəniyyəti məhz belə detallardan başlayır. Küçələrin təmizliyi, yaşıllıqlara qulluq, küçə heyvanlarına qayğı və ictimai məkanların səliqəsi necə vacibdirsə, məlumat sütunlarının da mütəmadi yenilənməsi bir o qədər əhəmiyyətlidir.

Bu sahədə məsuliyyət həm aidiyyəti qurumların, həm də tədbir təşkilatçılarının üzərinə düşür.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlasaq da sorğumuz cavabsız qalıb.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin