Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Hazırda oxunan: Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

625293

Azərbaycanda “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkəti barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
 

Məlumata görə, daxili müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma nəticəsində şirkətin Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1 (aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi), 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərini pozmasına dair əlamətlər müəyyən edilib.


Bildirilib ki, “PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə edib.

Hazırda işə baxılması davam edir.

Qeyd edək ki, sözügedən maddələr hökmran mövqedən sui-istifadə halları kimi aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini, rəqabəti məhdudlaşdıran qiymət siyasətinin həyata keçirilməsini, eləcə də iqtisadi və ya texnoloji əsas olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin