Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Hazırda oxunan: Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

625287

Azərbaycanda ötən il 3 533 uşaqda autizm qeydə alınıb.

2025-ci ildə Azərbaycanda uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 3 533 nəfər olub. Onlardan 2 765-i oğlan, 768-i isə qızdır.

Bu barədə Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatın əsasən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, uşaq autizmi diaqnozu qoyulanlardan 2 726 nəfəri 0–13 yaş, 749 nəfəri 14–17 yaş, 58 nəfəri isə 18 və yuxarı yaş qrupuna aiddir.

Məlumata əsasən, atipik autizm (klassik autizmin bütün diaqnostik meyarlarını tam ödəməyən, əlamətləri daha gec yaşda və ya daha fərqli formada özünü göstərən autizm spektr pozuntusu) diaqnozu ilə qeydiyyatda olanların sayı isə 123 nəfərdir. Onlardan 104-ü oğlan, 19-u qızdır.

Atipik autizm diaqnozu qoyulanlardan 80 nəfəri 0–13 yaş, 43 nəfəri isə 14–17 yaş qrupundadır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin