Çindən yeni dəmir yolu: Azərbaycanın tranzit potensialı daha da artır

Hazırda oxunan: Çindən yeni dəmir yolu: Azərbaycanın tranzit potensialı daha da artır

624779

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi aktiv fazaya daxil olub.

Bizim.Media xəbər verir ki, Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi layihə ilə bağlı əsas beynəlxalq və investisiya sazişlərinin bağlandığını, baş podratçının müəyyən edildiyini və maliyyələşdirmə məsələlərinin həll olunduğunu bildirib.

Hazırda layihə çərçivəsində tunellərin, körpülərin və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Ümumi uzunluğu təxminən 480 kilometr olan magistralın 304 kilometrdən çoxu Qırğızıstan ərazisindən keçəcək.

Yeni dəmir yolu Çindən Mərkəzi Asiyaya, Türkiyəyə, Yaxın Şərq ölkələrinə və Avropaya yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Ekspertlərin fikrincə, bu layihə Xəzər dənizi və Azərbaycan üzərindən keçən Orta Dəhlizi daha da gücləndirəcək və Azərbaycanın Çin ilə Avropa arasındakı yükdaşımalarda tranzit əhəmiyyətini növbəti mərhələyə yüksəldəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin