Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Şahin Bağırov açıqladı - FOTO

Hazırda oxunan: Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Şahin Bağırov açıqladı - FOTO

621611

"Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri aparılır".

Bizim.Media xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu sahə üzrə müvafiq tapşırıqlar verilir:

"Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər əsasən obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir.

Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq".

Ş.Bağırov qeyd edib ki, belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq:

"Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin